İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban: "Müharibədən sonra Ukraynadan qalan hissəni kim maliyyələşdirəcək”

“Avropa Birliyi öz resurslarını tükəndirib və Rusiya ilə münaqişə bitdikdən sonra "Ukraynadan qalan hissə"ni kimin maliyyələşdirəcəyi tamamilə bəlli deyil”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.
O, oktyabrın 23-də Brüsseldə keçirilən Aİ sammitində iştirak etdiyini və Aİ-nin vəziyyəti ilə yaxşı tanış olduğunu qeyd edib.

"Öz gözlərimlə gördüm ki, bu gün bütün Avropa liderləri müharibə haqqında düşünürlər. Avropanın gücü və pulu tükənir. Əsas sual budur: müharibədən sonra Ukraynadan qalan hissəni kim maliyyələşdirəcək? Kimin pulu var? Hansı Aİ ölkələrinin vətəndaşları özünü təmin edə bilməyən Ukraynaya milyardlarla avro göndərməyə hazırdırlar?", - deyə baş nazir sosial media səhifəsində yazıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı, 3 il 8 aydır davam edən “xüsusi hərbi əməliyyat”ın ilk günlərindən V.Orban Ukraynaya qarşıdır. İndi o, “Ukraynadan qalan hissə” deyərkən Rusiyanın Ukraynanı darmadağın dağıdacağını, ölkənin bir yarısını özünə götürəcəyini nəzərdə tutur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR