Onlayn ictimai-siyasi qəzet
Macarıstan baş nazirinin baş siyasi müşaviri Balaş Orban (Viktor Orbanla eyni soyadlı olsa da, onun ailəsi ilə qohumluğu yoxdur) bildirib ki, Budapeşt yeni regional ittifaq yaratmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
Orbanın sözlərinə görə, Macarıstan, Slovakiya və Çexiyadan ibarət yeni alyans bir növ Vişeqrad dördlüyünün analoqu olacaq.
Xatırladaq ki, əvvəlki Vişeqrad qrupu Macarıstan, Çexiya, Slovakiya və Polşadan ibarət idi, 2010-cu illərdə Avropadakı miqrasiya böhranına qarşı birgə fəaliyyət göstərmişdi. Lakin bu birlik 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra faktiki olaraq dağılmışdı.
Yeni Vişeqrad alyansı artıq dörd deyil, üç üzvdən ibarət olacaq, çünki Polşa son illərdə qətiyyətlə Ukraynayönlü mövqe tutur və Budapeştin təşəbbüsünə qoşulmaq niyyətində deyil.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ