Onlayn ictimai-siyasi qəzet
“Rusiyaya icazə verməyəcəyik ki, bizə Ermənistanı necə xilas etməyi diktə etsin. Bizdə kifayət qədər “xilaskar” var - erməni xalqının xaricdən gələn xilaskarlara ehtiyacı yoxdur”.
Musavat.com xəbər verir ki, bu sözləri “Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (Euronest)” 12-ci plenar sessiyasında Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasının deputatı Sarkis Xandanyan səsləndirib.
“Biz Ermənistanda da Moldova nümayəndələrinin danışdığı hibrid hücumların oxşar qanunauyğunluqlarını görürük”, - deyə o bildirib.
Xandanyan “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyanın iradlarına cavab verərək qeyd edib ki, Ermənistanda siyasi məhbus yoxdur.
“2018-ci ildən bəri Ermənistan korrupsiya və suverenliyə yönələn təhdidlər qarşısında heç vaxt güzəştə getməyib”, - Sarkis Xandanyan vurğulayıb.
Deputatın sözlərinə görə, vəziyyət dəyişib və Ermənistanla Azərbaycan arasında çox kövrək bir sülh bərqərar olub. O, bu sülhün möhkəmləndirilməsi üçün bütün səylərin göstərilməsinin vacibliyini qeyd edib.
Sarkis Xandanyan bildirib ki, kommunikasiyaların açılması və TRIPP layihəsinin reallaşdırılması yalnız Ermənistanı deyil, bütövlükdə Mərkəzi Asiyanı da Avropa İttifaqına yaxınlaşdıracaq.
“Bu, regionda təhlükəsizliyin dəyərli təminatıdır”, - deyə erməni deputat vurğulayıb.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ