Onlayn ictimai-siyasi qəzet
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqıstanda süni intellekt və məlumat mərkəzləri sahəsində iri miqyaslı layihələr üçün xüsusi texnoloji zona yaradılması barədə göstəriş verib.
Musavat.com xəbər verir ki, yeni bölgə rəqəmsal investisiyalar üçün azad platforma olacaq və bürokratik maneələr minimuma endiriləcək.
Layihəyə əsasən, 100 milyon dollardan çox sərmayə yatıran investorlar 2040-cı ilədək bütün vergi və rüsumlardan azad ediləcək. Həmçinin bu investorların əldə etdiyi dividendlər 0 faiz dərəcə ilə hesablanacaq.
Dövlət, investorun payı azı 25% olduğu halda, infrastrukturun qurulmasını öz üzərinə götürəcək. Bundan əlavə, elektrik enerjisinin qiyməti 1 kilovatt-saata görə cəmi 0,05 dollar müəyyənləşdirilib.
Musavat.com
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ