İnsanlara hürriyət, millətlərə istiqlal!

Donbasda ağır döyüşlər: Rusiya qüvvələri Mirnohradın kənarına daxil olub

Ukrayna ordusunun məlumatına görə, Rusiya qoşunları Pokrovsk istiqamətində irəliləyərək Mirnohrad şəhərinin kənarına daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə “Şərq” qoşun qrupunun sözçüsü Qriqori Şapoval telemarafon efirində açıqlama verib.

“Hazırda, təəssüf ki, düşmən Mirnohradın kənarına daxil olub və təkcə artilleriya və pilotsuz uçuş aparatlarından deyil, həmçinin piyada və texniki vasitələrdən də istifadə edir. Ukrayna müdafiəçiləri mövqelərini saxlayır və yeni fortifikasiya xəttləri qururlar”, – deyə o bildirib.

Şapoval əlavə edib ki, döyüşlərin birbaşa şəhər ərazisində getməsi, bəzi növ silahların istifadəsini çətinləşdirir.

Qeyd edək ki, Mirnohrad (keçmiş Dimitrov) Donetsk vilayətində yerləşir və son günlər Pokrovsk cəbhəsinin ən gərgin nöqtələrindən birinə çevrilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR