Onlayn ictimai-siyasi qəzet
Qəzza zolağında atəşkəsə hər hansı təhlükə yoxdur.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu fikirdədir.
O, Yaponiyadan Koreya Respublikasına gedən təyyarəsində jurnalistlərə verdiyi açıqlamada İsrailin qoşunlarına atəş açılacağı təqdirdə Fələstin anklavında hərbi əməliyyatları bərpa edə biləcəyini bildirib: "Onların bunu etmək hüququ var".
Onun fikrincə, Qəzzadakı atəşkəsə heç bir real təhdid yoxdur: "Heç nə atəşkəsi təhlükə altına qoymayacaq".
Eyni zamanda ABŞ prezidenti Yaxın Şərqdə və ondan kənarda bir çox ölkənin Qəzzadakı atəşkəsi pozacağı təqdirdə HƏMAS hərəkatına qarşı tədbir görməyə hazır olduğunu deyib.
ABŞ prezidenti bildirib ki, HƏMAS "dünyanın Yaxın Şərqdəki çox kiçik bir hissəsidir" və "düzgün davranmasa", məhv ediləcək: "Əgər bunu etməli olsaq, HƏMAS-ı çox asanlıqla məhv edəcəyik. Və bu, HƏMAS-ın sonu olacaq". O, əlavə edib ki, ABŞ hadisələrin bu şəkildə inkişaf etməsini istəməzdi.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ