Onlayn ictimai-siyasi qəzet
Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüb.
Bu barədə Musavat.com-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, aparatın əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş repatriantlarla görüş keçirilib. Görüş zamanı repatriantlarla bağlı həyata keçirlən tibbi, sosial və psixoloji tədbirlər barədə məlumat alınıb, onların hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.
Görüşdə uşaqların psixoloji problemlərinin həlli və sosial adaptasiyası məqsədilə ixtisaslaşdırılmış psixoloji yardıma ehtiyaclarının olduğu müəyyən edilib, bu barədə məlumat müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla yanaşı, repatriantların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.
Görüş çərçivəsində repatriantlara Müvəkkilin fəaliyyət istiqamətləri, hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.
Qeyd edək ki, oktyabrın 22-də 2-si qadın, 4-ü uşaq olmaqla, 6 nəfər Azərbaycan vətəndaşının Suriya Ərəb Respublikasından ölkəyə repatriasiyası həyata keçirilib.
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ