Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Perm şəhərində bir vaxtlar iki nəfəri öldürüb yeyən kimi tanınan 59 yaşlı Mixail Malışevin mənzilində kişi meyiti aşkarlanıb.
Musavat.com xəbər verir ki, polis hadisə yerinə bu gün səhər saatlarında çağırılıb — qonşular dünən mənzildən gələn qəribə səslərlə bağlı şikayət ediblər.
Məlumata görə, Malışev 1990-cı illərin sonlarında azı iki nəfəri öldürüb ətini yeməkdə ittiham olunaraq 25 il həbsdə yatmış, 2022-ci ildə isə azadlığa buraxılmışdı. O, həmçinin məcburi psixiatriya müalicəsindən keçib.
İstintaqın məlumatına əsasən, Malışevin mənzilində tapılan şəxsin kimliyi və ölüm səbəbləri araşdırılır. İlkin ehtimala görə, o, Malışevin tanışı olub və hadisədən əvvəl birlikdə spirtli içki qəbul ediblər.
Xatırladaq ki, azadlığa çıxdıqdan sonra Mixail Malışev bir müddət heyvan sığınacağında işləyib — ərazini təmizləyir və itlər üçün ət hazırlayırmış. Hadisə Perm ictimaiyyətində ciddi rezonans doğurub.
Musavat.com
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ