Onlayn ictimai-siyasi qəzet
19 yaşlı Böyük Britaniya vətəndaşı Bella Mey Kalli Gürcüstanda narkotik maddələrin qanunsuz daşınmasında ittiham olunur.
Musavat.com xəbər verir ki, ailəsi ona hökmün yüngülləşdirilməsi üçün 500 min lari (təxminən 187 min dollar) məbləğində vəsait ödəyib.
Gənc qadın bu ilin mayında Tiflis beynəlxalq hava limanında saxlanılıb. Onun baqajında 12 kiloqram marixuana və 2 kiloqram haşiş aşkarlanıb. Lakin Kalli ittihamları qəbul etmir və iddia edir ki, Taylandda ona işgəncə verilib və Gürcüstana narkotik gətirməyə məcbur ediblər.
Onun vəkilinin sözlərinə görə, hazırda tərəflər arasında günahın qismən etirafı ilə bağlı razılaşma üzərində iş aparılır. Bu razılaşma qüvvəyə minərsə, Bellanın cəzası 20 il və ya ömürlük həbs əvəzinə cəmi iki illik azadlıqdan məhrumetmə ilə əvəz oluna bilər. Məhkəmənin yekun qərarı gələn bazar ertəsi elan olunacaq.
Musavat.com
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ