Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Israel Hayom nəşrinin məlumatına görə, Azərbaycan, İndoneziya, İordaniya və Mərakeş daxil olmaqla bir neçə ölkə Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi planında iştirakdan imtina edib.
Məlumata görə, bu qərar HƏMAS-ın hələ də silahlı strukturlarını qoruması və bölgədəki qeyri-müəyyən vəziyyətlə bağlı qəbul edilib.
İsrailin təhlükəsizlik qurumlarından sızan məlumatlara əsasən, HƏMAS silahlıları ilə eyni ərazidə fəaliyyət göstərəcək istənilən beynəlxalq qüvvə silahlı qarşıdurmadan yayınmayacaq.
Xüsusilə, HƏMAS-ın silahsızlaşdırılması istiqamətində atılacaq hər hansı addım birbaşa döyüş əməliyyatlarına çevrilə bilər.
Bəzi mənbələr qeyd edir ki, Qətər də əvvəlcə Qəzzaya polis qüvvələri göndərmək planını nəzərdən keçirsə də, sonradan bu təşəbbüsdən imtina edib.
İsrailli rəsmilər: “Heç kim bu missiyaya girmək istəmir”
Yüksək rütbəli bir israilli rəsmi etiraf edib ki, “Qəzzada təhlükəsizliyi təmin etmək və HƏMAS-ı silahsızlaşdırmaq planını həyata keçirməyə heç bir beynəlxalq qüvvə hazır deyil.”
Bu etiraf İsrailin regional və beynəlxalq miqyasda sürətlə təcrid olunduğunu göstərir.
İsrailin maliyyə naziri Betsalel Smoetriçin son bəyanatı vəziyyəti daha da gərginləşdirib. Nazir ərəblərə istehzalı şəkildə müraciət edərək deyib:
“Səudilər qoy dəvələrinə minib gəzinməyə davam etsinlər.”
Bu açıqlamadan sonra Ər-Riyad İsraillə diplomatik təmasları minimum səviyyəyə endirib və Qəzzanın gələcəyi ilə bağlı danışıqlarda iştirak səviyyəsini kəskin azaldıb.
Müşahidəçilər bildirirlər ki, bu tendensiya İsrailin Yaxın Şərqdə strateji tərəfdaşlarını itirdiyini və Qəzza məsələsində tam təcridə sürükləndiyini göstərir.
Musavat.com
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ