Onlayn ictimai-siyasi qəzet
Hindistan neft emalı zavodları ABŞ-ın "Lukoil" və "Rosneft"ə qarşı sanksiyaları səbəbindən Rusiya neftinə sifarişləri ləğv etməyə başlayıb.
Musavat.com xəbər verir ki, məlumatı "Reuters" agentliyi yayıb.
Agentliyinin məlumatına görə, bəzi Hindistan neft emalı zavodları məhdudiyyətlərə məruz qalmamaq üçün əvvəllər sifariş edilmiş həcmlərin alışını ləğv ediblər.
Agentliyin mənbələri bankların sanksiya tətbiq edilən mallar üçün ödənişləri emal etməkdən imtina etdiyini təsdiqləyir. Hindistanda Rusiya neftinin ən böyük alıcısı olan "Reliance" yeni məhdudiyyətlərə ciddi şəkildə riayət etmək niyyətini bildirib. Hindistan şirkətləri indi sanksiyalara məruz qalmayan rusiyalı treyderlərdən yükləri qəbul edə biləcəklərini gözləyirlər.
Eyni zamanda "Bloomberg" xəbər verir ki, bəzi dövlətə məxsus Hindistan neft emalı zavodları Rusiya neftini endirimlərlə və sanksiya tətbiq edilən "Rosneft" və "Lukoil" ilə əlaqəsi olmayan kiçik təchizatçılardan almağa davam etməyi düşünürlər. Neft emalı zavodları qara siyahıya daxil olmayan şirkətlərdən nə qədər neft ala biləcəklərini və hansı qiymətə ala biləcəklərini qiymətləndirməyə çalışırlar.
Musavat.com
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ