Onlayn ictimai-siyasi qəzet
“Bu gün biz Masis şəhərinin meri, müxalif “Şərəfim var” blokunun parlament fraksiyasından baş nazir postuna namizəd olan David Ambarsumyanı İrəvan beynəlxalq hava limanı Zvartnotsda qarşılayacağıq”.
Musavat.com bildirir ki, bu barədə Ermənistan Respublika Partiyasının üzvü Ayk Mamicanyan məlumat verib.
“Mən bilmirəm hazırkı hakimiyyətin müxalif fikirləri susdurmaq üçün yönəltdiyi hüquq-mühafizə sistemi bu dəfə necə davranacaq”, - deyə Mamicanyan bildirib.
Jurnalistin ““Şərəfim var” blokunun parlament fraksiyası gələcəkdə baş nazir postuna öz namizədini dəyişə bilərmi” sualına erməni deputat belə cavab verib:
“İmpiçment prosesi zamanı bizim üçün heç nə dəyişməyəcək”.
Mamicanyanın sözlərinə görə, müxalifət eyni qüvvə və məntiq ilə irəliləməyə davam edəcək.
Musavat.com
30 Oktyabr 2025
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ