İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp FED rəhbərini tənqid edən gün faizlər endirildi

ABŞ Federal Ehtiyat Sistemi (FED) 28-29 oktyabr tarixlərində keçirilən iki günlük iclasından sonra əsas faiz dərəcəsini 25 bazis bəndi azaldaraq illik 3,75-4 faizə endirib.

Musavat.com xəbər verir ki, məlumat tənzimləyicinin mətbuat açıqlamasında əksini tapıb. Bundan əvvəlki iclasında FED 2025-ci ildə ilk dəfə əsas faiz dərəcəsini illik 4-4,25 faizə endirmişdi. Ondan əvvəl isə ardıcıl beş iclasda faiz dərəcəsini illik 4,25-4,5 faiz səviyyəsində dəyişməz saxlamışdı ki, buna görə prezident Donald Tramp dəfələrlə FED rəhbəri Cerom Pauelə hücum etmişdi. Tramp FED rəhbərini “Cənab çox ləng” adlandırır.

Sonuncu dəfə oktyabrın 29-da Cənubi Koreyanın Gyeongju şəhərindəki çıxışında bildirib ki, "Cənab çox ləng 3 ildən sonra inflyasiyanın artması ehtimalına əsaslanıb faiz dərəcəsini yüksək saxlamamalıdır”. Onun sözlərinə görə, indiki faiz dərəcələri hökumətin xərclərini süni şəkildə artırır, büdcə kəsirini yüksəldir.

Tramp bildirib ki, ABŞ iqtisadiyyatı 2026-cı ilin birinci rübündə 4 faiz böyüməsini gözləyir. Lakin əksər analitik mərkəzlər Trampın ABŞ-a idxala tətbiq etdiyi tariflərin iqtisadi artımı ləngidəcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, FED-in faizləri 0,25 faiz bəndi endirəcəyi bazarlar üçün gözlənilən qərar olduğuna görə hər hansı dəyişikliklərə səbəb olmayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR