Onlayn ictimai-siyasi qəzet
Mövcud peyk məlumatları göstərir ki, İran uranı zənginləşdirməyə davam edir.
Musavat.com xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi BMT qərargahında keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, proses sürətləndirilmiş formada aparılmır.
Qrossi qeyd edib ki, İranın nüvə obyektlərinə çıxışı olmasa da, MAQATE müfəttişləri İranın ötən ilin iyun ayında İsraillə 12 günlük müharibədən əvvəl riayət etdiyi limitlərdən kənara çıxaraq zənginləşdirilmiş uran istehsalını sürətləndirdiyinə dair heç bir peyk sübutu görmürlər: "Lakin 60 faizə qədər zənginləşdirilmiş uran hələ də İrandadır. Bu, müzakirə etdiyimiz məsələlərdən biridir, çünki geri qayıtmalı və ölkədəki nüvə materiallarının başqa məqsədlər üçün yönləndirilməməsini təmin etməliyik. Bu, çox, çox vacibdir".
O, agentliyin nüvə materiallarının saxlanıldığı yerlərdə yenilənmiş fəaliyyəti müşahidə etdiyini aydınlaşdırıb. Qrossi qeyd edib ki, MAQATE yalnız peyk görüntülərinə etibar etməli olur ki, bu da kifayət deyil.
Qrossi həmçinin vurğulayıb ki, MAQATE-nin əlində İranın atom bombası hazırlamasına dair hər hansı sübut-dəlil olmayıb, indi də yoxdur. Bununla belə, o, hesab edir ki, Tehran uranı silahlandırmaq qərarına gələrsə, İranın mövcud material ehtiyatları 10 nüvə bombası hazırlamaq üçün kifayətdir.
O, əlavə edib ki, 29 oktyabr tarixinə qədər MAQATE müfəttişləri İrandadır.
Musavat.com
30 Oktyabr 2025
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ