Onlayn ictimai-siyasi qəzet
Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunmuş genişmiqyaslı polis əməliyyatı zamanı ən azı 132 nəfər həlak olub.
Musavat.com xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, əməliyyat “Qırmızı komanda” adlı cinayətkar qruplaşmaya qarşı Kompleksu-du-Alemao və Kompleksu-da-Penya favelalarında aparılıb. Bu, ölkə tarixində ən çox itki ilə nəticələnən polis əməliyyatı sayılır.
Dövlət polisi bildirib ki, reydlər iki aydan çox müddət ərzində planlaşdırılıb. Məqsəd silahlı qrup üzvlərini meşəlik ərazidə pusquya salmaq olub.
Yerətraf sakinlərin sözlərinə görə, Penya rayonunda onlarca cəsəd yaxınlıqdakı meşədən toplanıb, bəzi yerlərdə 70-dən çox cəsəd küçənin ortasında sıraya düzülüb.
Rio-de-Janeyro qubernatoru Klaudio Kastro hadisəyə münasibət bildirərək vurğulayıb ki, öldürülənlərin hamısı silahlı cinayətkarlar olub:
“Əsl qurbanlar polis əməkdaşlarıdır. Onlar meşədən atəşə tutulublar,” – deyə Kastro bildirib.
Hakimiyyət rəsmiləri qeyd edib ki, əməliyyat nəticəsində 113 nəfər saxlanılıb, 118 ədəd odlu silah müsadirə olunub.
Lakin bu əməliyyat BMT-nin İnsan Hüquqları İdarəsi də daxil olmaqla, bir sıra beynəlxalq qurumların kəskin tənqidi ilə qarşılanıb.
Braziliya ədliyyə naziri bildirib ki, prezident Luis İnasio Lula da Silva əməliyyat barədə sonradan məlumat alıb və onu “son dərəcə qanlı və qəddar” adlandırıb.
Musavat.com
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ