 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə keçirilən Sülh Forumu çərçivəsində Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
Musavat.com xəbər verir ki, görüş zamanı Paşinyan həmkarını ölkəsində keçirilmiş parlament seçkilərində qələbə münasibətilə təbrik edib və ona “demokratik inkişaf gündəliyinin irəlilədilməsi istiqamətində uğurlar” arzulayıb.
Tərəflər arasında danışıqlarda demokratik islahatların təşviqi, regional təhlükəsizlik məsələləri və beynəlxalq platformalarda qarşılıqlı dəstək mövzuları müzakirə olunub.
Görüş xüsusilə Sandunun Ermənistandakı seçkilərlə bağlı son bəyanatından sonra diqqət çəkib.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ