 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasla gedən siyasi qarşıdurmada üstünlük əldə edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Almaniyanın "Die Welt" qəzeti yazıb.
Məlumata görə, münaqişə Avropa Xarici Fəaliyyət Xidmətinin islahatı ilə bağlı yaranıb. Kallas hesab edib ki, qurum Tramp dövrünün çağırışlarına cavab vermir və reformanı keçmiş Aİ məmuru Martin Zelmayerə həvalə etmək istəyib.
Bu təklif fon der Lyayeni qəzəbləndirib, çünki o, Komissiya rəhbəri təyin olunduqdan sonra Zelmayeri vəzifədən uzaqlaşdırmışdı.
Nəticədə Ursula Kallasın gedişini ustalıqla neytrallaşdırıb – Zelmayerə “dini azadlıqlar üzrə xüsusi nümayəndə” postu təklif olunub, bu isə fon der Lyayenə həm rəqibini zəiflətmək, həm də Brüsseldə siyasi nəzarəti tam bərpa etmək imkanı verib.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ