İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hürriyyət”in rəhbəri Vüqar Məmmədovun barəsində 3 ay 13 gün həbs qətimkan tədbiri seçildi

“Hürriyyət” qəzetinin, eyni adlı saytın və “Hürriyyət TV” YouTube kanalının rəhbəri Vüqar Tofiq oğlu Məmmədov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Musavat.com xəbər verir ki, məlumata görə, jurnalist dünən – oktyabrın 30-da axşam saatlarında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat zamanı “Hürriyyət”in redaksiya ofisində və Məmmədovun yaşadığı ünvanda axtarış aparılıb, kompüterlər, sənədlər və bəzi texniki avadanlıqlar müsadirə olunub.

Bu gün – oktyabrın 31-də Səbail Rayon Məhkəməsində onun barəsində istintaq orqanının təqdimatına baxılıb və məhkəmə Vüqar Məmmədovun 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. Qərar istintaqın gedişinə və toplanacaq sübutlara əsaslanaraq çıxarılıb.

“Hürriyyət” redaksiyasından mətbuata verilən açıqlamada bildirilir ki, Məmmədovun jurnalist fəaliyyəti çərçivəsində yayımladığı bəzi tənqidi materiallar həbslə nəticələnib. Redaksiya rəhbərinin hüquqlarının müdafiəsi üçün vəkillərlə birlikdə bütün qanuni addımların atılacağı bildirilib.

Hürriyyətin saytında və sosial media hesablarında yayılan məlumatlara görə, Məmmədovun saxlanılmasından sonra redaksiya fəaliyyətini məhdud formada davam etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR