İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedevin oğlu ölüm hökmünə QARŞI ÇIXDI

“Vahid Rusiya” Partiyasının lideri və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin oğlu İlya Medvedev bildirib ki, ölüm cəzasını da əhatə edən korrupsiya ilə mübarizənin Çin modelini Rusiyaya tətbiq etmək mümkün deyil.

Musavat.com xəbər verir ki, o, bunu "İnnovativ Rusiya" forumunda çıxışı zamanı bildirib.

"Çində korrupsiyaya görə insanlar edam olunur. Biz bunu etmək niyyətində deyilik. Baxmayaraq ki, bəzi hallarda faydalı ola bilər", – deyə Medvedev qeyd edib.

O əlavə edib ki, Rusiyanın mədəni və idarəetmə ənənələri Çin təcrübəsindən fərqləndiyi üçün bu modeli birbaşa tətbiq etmək mümkün deyil. Siyasətçi vurğulayıb ki, partiyanın texnologiya və innovasiyaların inkişafına verdiyi dəstək məntiqi addımdır və Çin Kommunist Partiyasının innovativ fəaliyyəti ilə paralellik daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR