İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu: Rusiya qüvvələri Pokrovskun 60 faizini nəzarətə alıb

Donetsk vilayətində yerləşən Pokrovsk şəhərində vəziyyət kritik həddə çatıb.

Musavat.com xəbər verir ki, Ukrayna ordusunun yüksək rütbəli zabiti “Hromadske” nəşrinə açıqlamasında rus qoşunlarının şəhərin təxminən 60 faizinə nəzarət etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya qüvvələri eyni zamanda qonşu Rodinskoye və Mirnoqrad istiqamətlərinə də irəliləyir.

Mənbənin məlumatına görə, dron operatorları artıq Pokrovskdan çıxarılıb, çünki şəhərdəki ukraynalı müdafiəçilər faktiki olaraq mühasirədə qalıblar. Rus ordusu “brovn hərəkəti” adlandırılan taktika ilə – yəni kiçik qruplar şəklində arxa mövqelərə sızaraq – şəhərin dərinliklərinə daxil olur. Bu səbəbdən Ukrayna ordusunun arxa bölmələri də silahlı toqquşmalara məcbur qalır.

Zabitlər xəbərdarlıq ediblər ki, Pokrovskun tam ələ keçirilməsi Mirnoqradın da itirilməsi ilə nəticələnə bilər. Hazırda şəhərləri birləşdirən logistika yolları düşmənin atəş nəzarəti altındadır və tam bağlanma riski mövcuddur.

Ukrayna hərbçiləri bildirirlər ki, vəziyyətin dəyişdirilməsi üçün təcili qüvvələrin yenidən qruplaşdırılması lazımdır. Əks halda, 1000–1500 ukraynalı döyüşçünün mühasirəyə düşmə təhlükəsi var.

32-ci briqadanın kommunikasiya şöbəsinin rəisi İvan Stolyarçuk isə qeyd edib ki, vəziyyəti yalnız mexanikləşdirilmiş briqadaların flanqları və təchizat yollarını saxlaya bilməsi xilas edə bilər: “Xüsusi təyinatlı bölmələr şəhəri təkbaşına qoruya bilməzlər. Əsas məsələ – flanqların və logistikanın açıq qalmasıdır”. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR