Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Xantı-Mansiysk vilayətində yerləşən zavodlardan birində maraqlı hadisə baş verib.
Musavat.com xəbər verir ki, müəssisə əməkdaşlarından biri texniki səhv nəticəsində “13-cü maaş” adlandırılan əlavə ödənişi alıb. Əslində fəhləyə 45 min rubl məzuniyyət pulu köçürülməli idi, lakin mühasibat səhvi səbəbindən o, zavodun digər filialında çalışan 34 nəfərin maaşını birdən — ümumilikdə 7 milyon rubl məbləğində alıb.
Səhv üzə çıxandan sonra zavodun təhlükəsizlik xidməti işçiyə zəng edərək vəsaitin geri qaytarılmasını tələb edib. Lakin kişi hüquqi məsləhət alaraq öyrənib ki, bu cür hallarda pulu geri ödəmək yalnız onun öz qərarına bağlıdır.
Bundan sonra o, telefon nömrəsini dəyişib, ailəsi ilə birlikdə başqa şəhərə köçüb. Zavod rəhbərliyi isə pulların qaytarılması üçün məsələni məhkəməyə çıxarıb.
Hadisə Rusiya mediasında “ən bahalı məzuniyyət” kimi geniş müzakirə olunur.
Musavat.com
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ