İnsanlara hürriyət, millətlərə istiqlal!

Fidan: Rusiya-Ukrayna müharibəsinin həllində müəyyən çətinliklər var

Rusiya-Ukrayna müharibəsinin həlli üçün müzakirələrin qarşısında müəyyən çətinliklər var.

"Report" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan estoniyalı həmkarı Marqus Tsahkna ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibəyə ədalətli və davamlı həll yolu tapılmalıdır: "Müharibəyə son qoymaq üçün danışıqların qarşısında bəzi çətinliklər var. Lakin çətinliklər heç vaxt diplomatik həll axtarışına mane olmamalıdır. Türkiyə danışıqları dəstəkləməyə davam edəcəyik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR