Onlayn ictimai-siyasi qəzet
Seulda yerləşən restoranda “Nvidia”, “Samsung” və “Hyundai” şirkətlərinin rəhbərləri arasında keçirilən nahar Koreya birjasında gözlənilməz təsir yaradıb.
Musavat.com xəbər verir ki, görüşdən sonra toyuq istehsal edən şirkətlərin səhmləri bahalaşıb. Yerli KİV-lərin məlumatına görə, “Samsung” və “Hyundai” rəhbərləri həmin restoranda olan bütün müştərilərin hesablarını ödəyiblər. Ümumi məbləğin 1750 ABŞ dolları təşkil etdiyi bildirilir.
Analitiklərin fikrincə, bu hadisə ictimai diqqət çəkərək Koreya qida sənayesinə, xüsusən toyuq məhsulları istehsalçılarına marağı artırıb.
Musavat.com
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ