 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Musavat.com xəbər verir ki, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan açıq şəkildə etiraf edib: “Bu gün Dağlıq Qarabağdan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri dönməsinə heç kim təminat verə bilməz.”
O, jurnalistlərə açıqlamasında deyib ki, bu mövzu yalnız “tost səviyyəsində” səslənən arzular kimi qalır:
“Zaman keçəcək, Azərbaycanla münasibətlər normallaşacaq və o zaman, əgər real imkan yaranarsa, onlar öz evlərinə dönə biləcəklər. Qarabağ sakinləri qayıtmaq istəyirlər, amma Ermənistan hakimiyyəti buna qarşı çıxırmı?”
Simonyan həmçinin qeyd edib ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatlarının Euroneşt Parlament Assambleyasının İrəvanda keçirilən sessiyasında “Qarabağdan köçən ermənilər” barədə qətnamənin qəbuluna mane olub-olmaması barədə dəqiq məlumatı yoxdur.
Bu bəyanat Ermənistan rəhbərliyinin Qarabağla bağlı Azərbaycanın yaratdığı siyasi reallığı qəbul etdiyini və artıq “geri dönüş” mövzusuna simvolik məsələ kimi baxdığını göstərir.
Musavat.com
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ