Onlayn ictimai-siyasi qəzet
Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin üzərinə bu ölkənin bayrağı proyeksiya olunub.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşım edib.
“Qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik. Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir”, – deyə Hacıyev qeyd edib.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də Bakı şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü müxtəlif tədbir və işıqlandırma aksiyaları ilə qeyd olunur.
Musavat.com
30 Oktyabr 2025
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ