İnsanlara hürriyət, millətlərə istiqlal!

Badamdarda su borusu partladı, küçələri su basdı - Video

Paytaxtın Badamdar qəsəbəsi ərazisində su borusu partlayıb, yolu su basıb.

Qəsəbənin Seyran Məmçədov küçəsində magistral su xəttində qəza baş verib.

Məlumata görə, hazırda qəsəbənin Nürəddin Paşayev və Seyran Məmmədov küçələri də su altında qalıb.

Nəticədə nəqliyyatın və piyadaların hərəkəti çətinləşib.

***

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu hadisə ilə bağlı saytımıza bildirib ki, hazırda qəzanın aradan qaldırılması üçün işlər aparılır:

“Qəza briqadası ərazidədir. Qazıntı işləri aparılır. Vəziyyət müəyyənləşdiriləcək, qəza aradan qaldırılacaq”.\\qafqazinfo

 

 



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR