Onlayn ictimai-siyasi qəzet
Yeni aparılan araşdırmalar süni intellekt sistemlərinin də insanlar kimi qumar aludəçiliyinə meyilli ola biləcəyini ortaya qoyub.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar ChatGPT, Gemini və Claude kimi məşhur dil modellərinə 100 dollarlıq balans və slot oyunu simulyatoru təqdim ediblər. Süni intellektlərə sərbəst seçim verilib — mərci davam etdirmək və ya oyunu dayandırmaq.
Nəticələr gözlənilməz olub: süni intellektlər uduzduqdan sonra mərci artıraraq “uduşu qaytarmaq” cəhdinə girişiblər, qalib gələndə isə “bəxtim açıldı” kimi ifadələr işlədiblər. Qısa zamanda bütün modellər balanslarını itirib və “tam iflasa” uğrayıblar.
Mütəxəssislər bildirirlər ki, bu təcrübə süni intellektin də “nəzarət illüziyası” yaşadığını göstərir — yəni sistemlər qələbənin proqnozlaşdırıla biləcəyinə inanır. Araşdırma sübut edir ki, hətta ən inkişaf etmiş dil modelləri belə riskləri obyektiv dəyərləndirməkdə və real nəticəni hesablamaqda səhvlərə yol verə bilirlər.
Ekspertlər əlavə edirlər ki, bu cür nəticələr süni intellektin insan davranışlarını nə dərəcədə “təqlid etdiyini” və gələcəkdə etik nəzarətin zəruriliyini bir daha gündəmə gətirir.
Musavat.com
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ