Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı qeyri-adi etiraf edərək bildirib ki, “artıq xeyriyyəçiliyə allergiyası var”.
Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, xeyriyyəçilik adı altında görülən işlər çox vaxt uzunömürlü olmur və əsas məqsəd real yardım yox, şəxsi PR olur:
“Artıq xeyriyyəçiliyə allergiyam var. Xeyriyyəçilik məqsədilə tikilənlərin ömrü ən yaxşı halda bir ilə dörd il olur. Əsl problem odur ki, insanlar 100 min dramlıq yardım edir, amma bunun reklamına 4 milyon dollar xərcləyirlər və sonra sinəsinin yarısını örtən medallarla gəzirlər.”
Baş nazir əlavə edib ki:
Belə “xeyriyyəçilik” əslində davamlı inkişaf yaratmır;
Şəkil çəkdirmək və ictimaiyyət qarşısında görünmək yardımın özündən daha ön plana çıxarılır;
Ermənistan real və uzunmüddətli nəticə verən sosial layihələrə üstünlük verməlidir.
Paşinyanın bu sərt açıqlaması ölkədə xeyriyyəçilik adı altında aparılan fəaliyyətlər və onların şəffaflığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ