İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda “Ya türkçə danış, ya sus” yazısı qalmaqal yaratdı

Musavat.com xəbər verir ki, İranda “Ya türkçə danış, ya sus” ifadəsinin yazıldığı avtomobil şəkli sosial şəbəkələrdə böyük rezonans doğurub.

İranlı regional ekspert Əhsən Movəhədyan sosial mediada İrana məxsus nömrə nişanı olan avtomobilin arxa şüşəsində yazılmış bu ifadənin fotosunu paylaşaraq sərt tənqid edib.

Ekspert bildirib ki, belə şüarlar ölkənin milli təhlükəsizliyinə və kimlik əsaslarına təhdid yaradır:

“Bakıda elə bir adam tapılarmı ki, maşınının üstünə ‘Ya talışca danış, ya sus’ yazsın? İranda belə bir yazının yerləşdirilməsi təhlükəsizlik sisteminin zəifliyini göstərir, ölkənin kimlik əsaslarına zərbə vurur və vətəndaş müharibəsini qızışdırmaq cəhdidir”. 

Movəhədyanın sözlərinə görə, bu kimi hallara dövlət strukturları dərhal reaksiya verməli və tədbir görməlidirlər:

“Kəşfiyyat və güc strukturları bu məsələyə qarşı lazımi addımlar atmalıdırlar,” – deyə o vurğulayıb.

 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR