Onlayn ictimai-siyasi qəzet
“Ermənistanda 40-dan çox siyasi məhbus var və bu faktla bağlı qətnamə təqdim olunarkən bunun qeyd edilməməsinə təəccüblənirəm”.
Musavat.com xəbər verir ki, bu fikirləri “Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (Euronest)” 12-ci plenar sessiyasında Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan səsləndirib.
“Biz elə bir ölkədə yaşayırıq ki, müxalifətçi siyasətçilər həbsxanalardadır. Onlar siyasi motivli hərəkətlərə görə mühakimə olunublar. Bundan başqa, məhkəmə sistemi də hökumət tərəfindən idarə olunur və bu da əlavə problemlər yaradır”, - deyə erməni deputat iddia edib.
Mamicanyan vurğulayıb ki, polis zorakılığı barədə də qətnamədə heç bir qeyd yer almayıb, baxmayaraq ki, bir neçə beynəlxalq təşkilat bu halları sənədləşdirib.
Musavat.com
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ