Onlayn ictimai-siyasi qəzet
Keniyanın Kvale bölgəsində kiçik təyyarə qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə zamanı göyərtədə 12 nəfər olub.
Musavat.com xəbər verir ki, Kenya Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, təyyarə Dianidən Kişva Temboya istiqamətində uçarkən rabitə əlaqəsi kəsilib və az sonra yerə çırpılıb.
Hazırda dövlət qurumları hadisə yerindədir və qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Qəzanın başvermə şəraiti və sərnişinlərin vəziyyəti barədə dəqiq təfərrüatlar hələlik açıqlanmayıb.
Rəsmilər bildiriblər ki, ilkin məlumatlar təsdiqləndikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Musavat.com
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ