Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Balıkəsir vilayətinin Sındırgı bölgəsində baş verən 6,1 bal gücündə zəlzələ ilə bağlı açıqlama yayıb.
Nazir bildirib ki, zəlzələ İstanbul, İzmir, Bursa və digər ətraf vilayətlərdə də hiss olunub:
"Balıkəsir vilayətinin Sındırgı bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.Ətraf vilayətlərdə də hiss olunan zəlzələ ilə bağlı Fövqəladə Hallar İdarəsi (AFAD) və əlaqədar qurumlarımızın bütün komandaları dərhal sahə yoxlamalarına başlayıblar. Zəlzələdən təsirlənən vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırıram. Allah ölkəmizi və millətimizi fəlakətlərdən qorusun".
Hazırda AFAD və təhlükəsizlik qurumları bölgədə qiymətləndirmə və yardım işlərini davam etdirir.
Musavat.com
28 Oktyabr 2025
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ