Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri ardıcıl ikinci gündür Moskva istiqamətində dron hücumu həyata keçirməyə cəhd edir.
Bronnitsa və Ramensk rayonlarının sakinləri bir neçə güclü partlayış səsi eşidiblər.
Moskva meri Sergey Sobyanin açıqlamasında bildirib ki, paytaxt yenidən pilotsuz uçuş aparatlarının hücumu altındadır.
“Moskva yenə dronların hücumu altındadır,” – deyə Sobyanin qeyd edib.
Hazırda hadisə yerlərində fövqəladə xidmət əməkdaşları çalışır, hücumun nəticələri dəqiqləşdirilir.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ