Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Britaniya kralı III Karl LGBT icması ilə bağlı tədbirdə iştirak edib və eyni cinsli münasibətlərinə görə ordudan uzaqlaşdırılmış hərbçilərin xatirəsinə ucaldılmış abidənin açılışını edib.
Londonda keçirilən mərasimdə Kral III Karl həmin dövrdə “gey qadağası”na görə ordudan çıxarılan və sonradan hüquqları bərpa olunan veteranlarla görüşüb.
Monarx abidəyə gül dəstəsi qoyub. Abidə bürüncdən hazırlanmış qırışmış məktub formasında təsvir edilib və üzərində ordudan qovulan insanların ifadələrindən götürülmüş sözlər həkk olunub.
Bu, Böyük Britaniyada LGBT hərbçilərinin xatirəsinə həsr olunmuş ilk milli memorial sayılır.
Musavat.com

28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ