İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda məhkəmə zalında bıçaqlanma – qisas...

Musavat.com xəbər verir ki, bu gün Vandazorda məhkəmə iclası zamanı qrup şəklində adamöldürmə işi üzrə ittiham olunan 22 yaşlı Erik D. bıçaqlanıb.

Hadisə keçmişdə qətlə yetirilən 21 yaşlı Ayka Maqakyanın qohumu tərəfindən törədilib. Cinayətkar məhkəmə zalında təqsirləndirilən şəxsə hücum edərək ona bıçaq xəsarəti yetirib.

Erməni kriminal saytı Shamshyan.com-un məlumatına görə, Maqakyan bir il əvvəl Berd icmasında baş vermiş münaqişə zamanı öldürülüb, cəsədi yandırılaraq Stepanavan yaxınlığında basdırılmışdı.

Hadisədən təxminən iki ay yarım sonra üç nəfər şübhəli saxlanılmış, daha bir nəfər isə qaçaraq gizlənməyə müvəffəq olmuşdu. Hadisə ilə bağlı araşdırma davam edir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR