Onlayn ictimai-siyasi qəzet
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) və Çin yenilənmiş azad ticarət müqaviləsi imzalayıblar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, mərasim Kuala Lumpurda keçirilən ASEAN sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, Çinin xarici işlər naziri Vanq Yi 2025-ci ilin iyul ayında Azad Ticarət Zonası 3.0-un yaradılması ilə bağlı məsləhətləşmələrin başa çatdığını açıqlamışdı.
ASEAN Zirvə Görüşü 26-28 oktyabr tarixlərində Kuala Lumpurda keçirilir. Tədbir çərçivəsində bir sıra digər görüşlər, o cümlədən yeddi tərəfdaş ölkənin (Avstraliya, Çin, Hindistan, Yaponiya, Koreya Respublikası, Rusiya və ABŞ) hər birinin nümayəndələri ilə "ASEAN Plus Bir" formatı, "ASEAN Plus Üç" formatı (Çin, Yaponiya və Koreya Respublikası) və Şərqi Asiya Zirvə Görüşü (EAS) təşkil olunur.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ