Onlayn ictimai-siyasi qəzet
Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı avtomobillə "VAZ-2106" markalı avtomobil toqquşub.
Qəza nəticəsində Neftçala rayon sakinləri - 1967-ci il təvəllüdlü Əsgərov Mürsəl Əlifağa oğlu, 1990-cı il təvəllüdlü Əliyev Təbriz Böyükkişi oğlu, 1992-ci il təvəllüdlü Nuriyev Niyaməddin Zöhrab oğlu; Salyan sakinləri - 1959-cu il təvəllüdlü Babayev Abdulla Paşa oğlu və 2009-cu il təvəllüdlü Əsgərova Xatirə Şirin qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.//Report
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ