Onlayn ictimai-siyasi qəzet
Məşhur müğənni Edis Görgülü Harbiyedəki konsertində çətin anlar yaşayıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, rəqs zamanı hərəkət etməkdə çətinlik çəkən sənətçi səhhətində problem olduğunu etiraf edib.
Edis bel yırtığından əziyyət çəkdiyini bildirib.
“Rəqs edirəm, amma elə bilirəm ki, bir azdan belim yerindən çıxacaq”, - deyə sənətçi qeyd edib.
Müğənninin bu açıqlaması onun pərəstişkarlarını kədərləndirib.
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ