İnsanlara hürriyət, millətlərə istiqlal!

Ebru Gündeşin yaşadığı ən böyük ŞOK üzə çıxdı - Zərrabın xəyanətindən sonra...

İllər öncə müğənni Hadisə ilə iş adamı Reza Zərrab arasında yaşandığı iddia edilən gizli münasibət yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Haberler.com studiyasında aparıcı Gökay Kalaycıoğlu indiyədək danışılmamış bir detalı açıqlayıb: Ebru Gündeşin həyatındakı ən ağır an qızı Alaraya Hadisə ilə bağlı həqiqəti izah edə bilməməsi olub.

Bu iddia 2020-ci illərin ən çox müzakirə edilən mövzularından biri idi. İddialara görə, Hadisə Reza Zərrabla Ebru Gündeş evli olduğu dönəmdə onunla gizli münasibət yaşamışdı. Bu söz-söhbətlər Ebru Gündeşin boşanma qərarı verməsində əsas səbəblərdən biri kimi göstərilmişdi. Hətta boşanma sənədlərində Reza Zərrabla Hadisənin əl-ələ tutduğu fotolar və mesajlaşmaların olduğu iddia edilmiş, Zərrabın Hadisəyə yazdığı “Məni də bitirdin, özünü də” mesajı uzun müddət gündəmə damğa vurmuşdu.

Gökay Kalaycıoğlu Hadisənin o dövrdə Zərrab–Gündeş ailəsinin ev mühitinə qədər daxil olduğunu bildirib:

“Bilirsinizmi, Alaranın ən sevdiyi müğənni kim idi? Hadisə. Onlar ailə içində artıq bir-birinə çox yaxınlaşmışdılar, eyni evdə belə vaxt keçirmişdilər”.

Kalaycıoğlunun sözlərinə görə, Ebru Gündeşin ən böyük mənəvi sarsıntısı qızına bu hadisəni izah edə bilməmək olub:

“Ebru Gündeşin yaşadığı ən böyük böhran Hadisəyə heyran olan qızına bu olayı izah edə bilməməsi idi. Çünki Hadisə həm uşağın sevimlisi idi, həm də anasının ürəyini sındıran qadın”.

Proqramın digər iştirakçısı Hakan Solaker isə bildirib:

“Bununla bağlı çoxlu xəbərlər yayıldı. Oxumamaq mümkün deyil. Amma Ebru başını dik tutur. Axı aldadılan odur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR