Onlayn ictimai-siyasi qəzet
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Bakı–Tbilisi–Qars dəmir yolunun potensialının tam reallaşdırılması istiqamətində işlər davam etdirilir və bununla yanaşı, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin işə salınması üçün də mühüm addımlar atılır.
Nazirin sözlərinə görə, bu layihə regionun nəqliyyat-logistika sistemində yeni mərhələnin başlanğıcı olacaq:
“Zəngəzur dəhlizinin fəaliyyətə başlaması həm regional ticarət marşrutlarını sürətləndirəcək, həm də Orta Dəhlizin — yəni Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun — ümumi buraxılış gücünü əhəmiyyətli dərəcədə artıracaq,” — deyə Abdulkadir Uraloğlu vurğulayıb.
Türkiyəli nazir qeyd edib ki, layihə yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region ölkələri üçün iqtisadi və strateji baxımdan böyük əhəmiyyət daşıyır.
Musavat.com
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ