Onlayn ictimai-siyasi qəzet
Bu gün İkinci Qarabağ müharibəsi zamanı Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulmasından beş il ötür.
Musavat.com xəbər verir ki, 2020-ci il oktyabrın 27-də cəbhə xəttindən uzaqda yerləşən Bərdənin Qarayusifli kəndi “Smerç” tipli raketlərlə vurulmuşdu. Hücum nəticəsində dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olmuş, 13 nəfər müxtəlif dərəcəli xəsarət almışdı.
Raket zərbələri nəticəsində kənddə bir neçə ev tamamilə dağıdılmış, mülki əhaliyə və təsərrüfatlara böyük maddi zərər dəymişdi.
Xatırladaq ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə üç dəfə — 5, 27 və 28 oktyabr tarixlərində Ermənistan ordusunun raket və artilleriya hücumlarına məruz qalıb. Bu hücumlar nəticəsində ümumilikdə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, yüzlərlə ev və infrastruktur obyekti isə ciddi zərər görüb.
Bu faciə Bərdə sakinlərinin yaddaşında müharibənin ən qanlı səhifələrindən biri kimi qalmaqdadır.
Musavat.com
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ