Onlayn ictimai-siyasi qəzet
Rusiyalı hərbi əsirlərin mübadilədən sonra vəziyyəti ilə bağlı yeni iddialar yayılıb.
Musavat.com xəbər verir ki, ukraynalı bloqer Dmitri Karpenko — rus əsirləri ilə müsahibələr aparan YouTube kanalının həmtəsisçisi — bildirib ki, azad edilən rus əsgərləri vətənə qayıtdıqdan sonra istirahət və müalicə deyil, FSB tərəfindən sorğu-sual və poliqraf yoxlaması ilə qarşılanırlar.
Onun sözlərinə görə, əsir mübadiləsi heç vaxt Ukrayna ərazisində aparılmır, çünki rus xüsusi xidmət orqanları oraya girməyə qorxurlar. Mübadilədən dərhal sonra isə təbliğat məqsədilə qurama “şou”lar təşkil olunur:
“Əsirlərin çirkli geyimlərinin üstünə yeni forma geyindirirlər, ‘Ura!’ qışqırdıqları və guya ailələrinə zəng etdikləri kadrlar çəkilir”.
Karpenko bildirib ki, bundan sonra bütün əsirlər Moskva vilayətindəki Podolsk və Mosrentgen şəhərlərində yerləşən FSB bölmələrinə aparılır, orada saatlarla dindirildikdən sonra yenidən hərbi hissələrə göndərilirlər.
Bloqerin sözlərinə görə, əsirlikdə keçirdikləri müddət xidmət stajına daxil edilmir.
“Məsələn, mübadilə olunanlardan biri 14 ay əsirlikdə olub, lakin qayıtdıqdan sonra ona dedilər ki, kontraktının başa çatmasına hələ 10 ay qalır. Heç bir reabilitasiya yoxdur — dərhal dindirmə və yenidən cəbhəyə”, – deyə Karpenko vurğulayıb.
Musavat.com
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ