Onlayn ictimai-siyasi qəzet
Rusiyada ictimai əhval-ruhiyyə sürətlə pisləşir.
Musavat.com xəbər verir ki, İctimai Rəyi Öyrənmə Fondu (FOM) tərəfindən aparılan son sorğuya əsasən, hazırda rusiyalıların cəmi 27 faizi hesab edir ki, yaxın 6 ay – 1 il ərzində ölkədə həyat “yaxşıya doğru dəyişəcək”.
Müqayisə üçün, bu göstərici yaz aylarında 39 faiz idi – yəni nikbinlik səviyyəsi demək olar ki, 1,5 dəfə azalıb.
Sosioloqlar bunu “cəmiyyətin ciddi məyusluq mərhələsinə daxil olması” kimi qiymətləndirirlər.
Ekspertlərin fikrincə, Rusiyada iqtisadi fəallığın süni şəkildə məhdudlaşdırılması və “soyuq iqtisadi rejim”in tətbiqi ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərib.
Mətbuat orqanları yazır ki, vətəndaşların əksəriyyəti artıq gələcəyə inamını itirməyə başlayıb və bu, SVO-nun başlanmasından bəri qeydə alınan ən aşağı göstərici sayılır.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ