İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Ermənistan Azərbaycan tranzitinə qoyulan məhdudiyyətləri ləğv edir

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə Azərbaycan istiqamətinə yük tranzitinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırmağa hazırdır.

Musavat.com xəbər verir ki, Paşinyan bu açıqlamanı parlamentdə büdcə müzakirələri zamanı verib:

“Ermənistan həmçinin Azərbaycana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq”.

Baş nazir əlavə edib ki, Qazaxıstandan Ermənistana göndərilmiş buğda partiyası artıq Azərbaycan ərazisindən tranzitlə daşınacaq. Yükün marşrutu dəmir yolu vasitəsilə həyata keçiriləcək:

“Bu, Azərbaycan–Gürcüstan–Ermənistan dəmir yolu xətti ilə həyata keçiriləcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR