İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qazını ƏN ÇOX hansı ölkələr alır...

The Guardian yazır ki, Avropa İttifaqı (Aİ) Rusiya qazının ən iri alıcısı olaraq qalır.

Musavat.com xəbər verir ki, nəşrin məlumatına əsasən, Aİ ölkələri Rusiyadan ixrac olunan maye təbii qazın (LNG) təxminən 50 faizini alır. Onların ardınca Çin (22%) və Yaponiya (18%) gəlir.

Bundan əlavə, Avropa İttifaqı hələ də Rusiya boru kəməri qazının əsas alıcısıdır — bu göstərici ümumi ixracın təxminən 35 faizinə bərabərdir. Daha sonra Çin (30%) və Türkiyə (29%) gəlir.

Qəzetin məlumatına görə, 2025-ci ilin sentyabrında Rusiya qazının Aİ-dəki ən böyük idxalçıları Macarıstan (393 milyon avro) və Slovakiya (207 milyon avro) olub.

Rus qazını idxal edən digər ölkələr arasında Fransa, Belçika və Niderland da qalmaqdadır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR