Onlayn ictimai-siyasi qəzet
Moskva yaxınlığındakı hərbi aerodromlardan təcili köçürülmə – “Engels-2” bazasındakı bombardmançılar çıxarıldı
Monitorinq mənbələrinin məlumatına görə, Moskva ətrafındakı bir neçə hərbi aerodromdan təyyarələr təcili şəkildə köçürülür. Bildirilir ki, T-95 və T-160 tipli strateji bombardmançılar “Engels-2” aviabazasından çıxarılıb.
Musavat.com xəbər verir ki, bu addım Rusiyanın hava hücumlarına məruz qalacağı təhlükəsi ilə bağlıdır. Son günlər arxa cəbhədəki obyektlərin də dron zərbələrinin hədəfinə çevrilməsi Kremlin əsas aviasiya qüvvələrini təhlükəsiz zonalara çəkməyə məcbur edib.
Qeyd edək ki, bir neçə saat əvvəl də Moskva dron hücumuna məruz qalıb.
Musavat.com
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ