İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə general qəfil vəfat etdi

Türkiyədə Jandarma Baş Komandanlığının yüksək rütbəli zabiti dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya açıqlama verib.

Nazir sosial mediada paylaşım edərək yazıb:

“Millətimizin başı sağ olsun. Jandarma Baş Komandanlığının Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarə rəisi, general-mayor Selami Akşit keçirdiyi qəfil xəstəlik nəticəsində vəfat edib. Ona Allahdan rəhmət, ailəsinə, qəhrəman Jandarma qurumuna və bütün millətimizə başsağlığı diləyirəm”. 

Selami Akşitin ölüm səbəbi barədə əlavə məlumat verilməyib. Türkiyə ictimaiyyətində generalın ölümü dərin hüznlə qarşılanıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR