Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Budapeşt Memorandumu ilə bağlı yeni açıqlama verib.
Musavat.com xəbər verir ki, Lavrovun sözlərinə görə, Moskva bu sənəddə göstərilən öhdəlikləri pozduğunu düşünmür.
Nazir bildirib:
“Rusiya tərəfi Budapeşt Memorandumunu heç bir şəkildə pozduğunu hesab etmir. Orada deyilir ki, nüvə silahlarından imtina edən digər keçmiş sovet respublikaları kimi, Ukrayna da nüvə güclərinin qeyri-nüvə dövlətlərinə verdiyi zəmanətləri alacaq. Vəssalam. Vəssalam”.
Lavrov əlavə edib ki, bu zəmanətlər nüvə silahlarının, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşulmuş qeyri-nüvə dövlətlərinə qarşı istifadə olunmaması ilə bağlıdır.
Nazirin sözlərinə görə, Budapeşt Memorandumuna paralel olaraq tərəflər ATƏT prinsiplərinə riayət etmək öhdəliklərini də əks etdirən bəyannamə imzalayıblar.
“Milli azlıqların hüquqları, demokratiya və söz azadlığı da daxil olmaqla ATƏT sənədlərində əks olunan və Budapeşt Memorandumunun qəbul edilməsi ilə təsdiqlənən bütün bu öhdəliklər ‘Kiyev rejimi’ tərəfindən kobud şəkildə pozulub”, – Lavrov vurğulayıb.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ