Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov növbəti açıqlaması ilə gündəmə gəlib. O bildirib ki, Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın mümkün yeni görüşü yalnız Vaşinqtonun təşəbbüsündən asılıdır:
“İndi təşəbbüs var, biz isə mədəni insanlarıq. Əgər bizi dəvət edirlərsə, razılığımızı bildirir və deyirik ki, gəlin format, yer və vaxt barədə razılaşaq.”
Musavat.com-un şərhi
Rusiya bir daha özünəməxsus informasiya manipulyasiyası taktikasına əl atıb. Bu dəfə Lavrovun dili ilə Kreml məsuliyyəti ABŞ tərəfinə yönləndirməyə çalışır.
Əslində isə reallıq tamam fərqlidir. Putin uzun müddətdir Trampı aldadıb, verdiyi sözləri yerinə yetirmir. ABŞ prezidenti Kremlin heç bir öhdəliyə əməl etmədiyini şəxsən dəfələrlə söyləyib. Nəticədə, Tramp artıq Putinlə görüşlərə həvəssiz yanaşır və hətta Macarıstanda planlaşdırılan son görüş onun tərəfindən ləğv olunub.
Bu fonda Lavrovun “görüşün keçirilməsi Vaşinqtondan asılıdır” deməsi sadəcə ictimai rəyin manipulyasiyası cəhdidir. Sanki Rusiya konstruktiv mövqe tutur, anlaşmağa hazırdır, lakin ABŞ buna mane olur — bu, gerçəkliyi təhrif edən siyasi illüziyadır.
Əsl vəziyyət belədir ki, Tramp müharibənin dayandırılması, Ukrayna-Rusiya qarşıdurmasının dondurulması, yeni təhlükəsizlik arxitekturası barədə razılaşma üçün dəfələrlə təşəbbüs göstərib.
Amma Kreml bütün konstruktiv təkliflərdən yayınır.
Putin real siyasi dialoqa girməkdən çəkinir, çünki belə danışıqlar onun mövqeyini zəiflədir və strateji manevr imkanlarını azaldır.
Bu səbəbdən Lavrovun bəyanatı boş ritorika olaraq qalır — Rusiya “mədəni tərəf” olaraq təqdim olunmaq istəyir, amma faktlar tam əksini göstərir.
Musavat.com
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ