İnsanlara hürriyət, millətlərə istiqlal!

Bugünkü ağır qəzanın təfərrüatı - FOTOlar

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün səhər saat 6 radələrində Ağdaş rayonunun Bakı-Qazax avtomobil yolunun həmin ərazisindən keçən hissəsində ağır qəza baş verib.

Qəza zamanı yolda hərəkətdə olan "KamAZ" və "Qazel" markalı yük avtomobilləri toqquşub.

Qəza nəticəsində "Qazel"in sürücüsü Eldar Fərhad oğlu Tağıyev (Neftçala rayonu, Qaramanlı kənd sakini) və sərnişini Rauf Saleh oğlu Hacıyev (Salyan şəhər sakini, 38 yaş) hadisə yerində ölüblər. Məlumata görə, "Qazel"də diri balıq daşınırmış.

Həlak olanlardan Rauf Hacıyev 3 uşaq atası olub, Eldar Tağıyev isə Vətən müharibəsi iştirakçısıdır.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir./oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR